ŞAD XƏBƏR! Uzun illərdən sonra bu qurumlarda “13-cü maaş” veriləcək

Hazırda oxunan: ŞAD XƏBƏR! Uzun illərdən sonra bu qurumlarda “13-cü maaş” veriləcək

222999

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma ödəniləcək.

Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əmək haqqı ilə birgə ödəniləcək.

Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əmək haqqı ilə birgə ödənilməsi təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin