Yaş sindromundan ƏZİYYƏT ÇƏKƏNLƏR – Qocalmaqdan niyə qorxuruq?

Hazırda oxunan: Yaş sindromundan ƏZİYYƏT ÇƏKƏNLƏR – Qocalmaqdan niyə qorxuruq?

222954

Tez-tez valideynlərin övladlarının müxtəlif yaş sindromlarından əziyyət çəkdikləri barədə şikayətlərinə rast gəlirik. Sindromlar uşağın əsasən 3 və 4 yaşında davranış dəyişikliyində özünü göstərir. Bunu da həmin yaşlarda uşağın özünü təsdiq etmə istəyi ilə əlaqələndirirlər. Tez-tez ağlama krizləri keçirən uşaqlarda bəzən 3 yaş sindromu 6 yaşına qədər sürə bilir.

Yaş sindromunu təkcə uşaqlar deyil, böyüklər də yaşayırlar. Bunlardan 30 yaş sindromu çox rast gəlinən bir sindromdur. Bu yaşda həm kişilər, həm də qadınlar xüsusi narahatlıq keçirirlər. Bu da müəyyən yaşa gəldikdən sonra insanların qarşısında duran hələ də həll olunmayan problemlərin çoxluğu ilə bağlıdır. Bəzən isə bunu qocalığa gedən yolun başlanğıcı, yaşlanmaqdan qorxmaqla əlaqələndirirlər. Bu yaş sindromu da uzun çəkib bir neçə yaşda təkrarlana bilir. Ona görə də 40 yaş sindromu da tez-tez eşitdiyimiz ifadələrdəndir.

Ümumiyyətlə, insanların davranışındakı dəyişikliyin yaş sindromu olduğu nəyə əsasən müəyyən olunur və özünü nədə göstərir?

Ailə və Uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı Bizim.Media-ya danışarkən deyib ki, insanlarda yaş sindromu, demək olar ki, psixoloji vəziyyətdir:

“Normalda insan özünü neçə yaşda hiss edirsə, onun əsas yaşı da odur. Fizioloji yaş insanlara bəzən çox az təsir edir. Təbii ki, bu da insanların xarakterindən asılıdır. Yaşlılıqda olan uşaqlar, uşaqlıqda olan yaşlı insanlar var.

Yaşlılıq və uşaqlıq metaproqramı var. Yaşlılıq metaproqramı insanlar bəzən özləri cavan olsalar da geyimlərindən, davranışlarından yaşlı obrazına bürünürlər. Bəzən uşaq metaproqramında olan insan yaşlı olsa belə özünü uşaq kimi, gənc kimi aprdığına görə onun yaşı müəyyən olunmur. Yaşlılıqda olan insanlar yaşlı metaproqramda olub da yaşı səciyyə daşımayan insanlar daha ağır, daha ağır, həyata başqa cür baxan insanlardırlar.

Uşaqlıq metaproqramında olan insanlar isə yaşından asılı olmayaraq onlar bu günlə yaşayan insanlardır, məsuliyyəti bir az aşağı olanlardırlar. Bizdə olan bu proqramlar yaşımızla çox vaxt səciyyələnmir”.

Psixoloq bildirib ki, uşaqlar inkişaf etdikcə yeni şəxsiyyət formasına adlayırlar:

“Qadınlarda 40 yaş sindromu isə özgüvənin artdığı sindromdur. 3 yaşındakı uşaq isə beynindəki çox şeyi sıfırlayıb, 4 yaşında hər şeyi unutmuş kimi yeni bir şəxsiyyətə addımını qoyur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin