Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən QURULACAQ

Hazırda oxunan: Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən QURULACAQ

222951

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır. 

Bu barədə Bizim.Media-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib. 
 

Məlumata görə, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq. 


İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin