Azərbaycanla bu ölkələr arasında viza rejiminin ləğvi ilə bağlı sənədlər TƏSDİQLƏNDİ

Hazırda oxunan: Azərbaycanla bu ölkələr arasında viza rejiminin ləğvi ilə bağlı sənədlər TƏSDİQLƏNDİ

222925

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzsakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin