Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı

Hazırda oxunan: Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı

222884

Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib.

Məlumata görə, rayonun Aşağı Nüvədi kəndindən çağırış daxil olub və əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana yola düşüb.

Lakin Gərmətük ərazisində hərəkətdə olan tibbi yardım avtomobili "Mercedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində tibbi yardım avtomobilində olan həkim və tibb bacısı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iki gün əvvəl də Astaradan Lənkərana xəstə aparan başqa bir Təcili Tibbi Yardım avtomobili qəza törətmişdi.

Faktla bağlı araşdırmalar davam edir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin