Azərbaycanda 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir

Hazırda oxunan: Azərbaycanda 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir

222790

Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova məlumat verib.

O qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.

Mərkəz direktoru bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün həmin xəstəlikdən əziyyət çəkənlər üçün vacib olduğunu açıqlayıb: “Çünki insanlar şəkərli diabetin təsirləri barədə ətraflı maariflənirlər, vaxtında diaqnoz qoyulması və fəsadlarının aradan qaldırılması istiqamətində görülən müalicələr barədə öyrənirlər”.

Qeyd edək ki, Beynəlxalq Diabetlə Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin