Bakıda tıxacın səbəbi açıqlandı

Hazırda oxunan: Bakıda tıxacın səbəbi açıqlandı

22279

Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin