Geomaqnit qasırğası olacaq – BU TARİXLƏRDƏ

Hazırda oxunan: Geomaqnit qasırğası olacaq – BU TARİXLƏRDƏ

222740

Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır.
 

Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.


Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq.

Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin