Rusiyanın Başqırdıstan bölgəsində Belka adlı bir it 4 gündür buzun altında qalan sahibini gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Baza Teleqram kanalı yazıb.
Mənbə qeyd edir ki, xilasedicilər noyabrın 24-dən həmin şəxsi axtarır. O, evinə gedən yolunu qısaltmaq üçün velosipedlə Ufa çayının üzərindən keçməyə qərar verib. O vaxt buzun səthi cəmi iki santimetr olub. Rusiyalı buzun altına düşüb və çıxa bilməyib.
Hazırda xilasedicilər yalnız velosipedi tapa bilibər, kişini isə axtarırlar.
Bütün bu dövr ərzində rusiyalının iti hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə sahibini gözləyir.
İtkin düşən şəxsin yaxınları it evə aparsalar da, o, yenidən geri qayıdıb.
Bizim.Media