“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” TƏQDİM EDİLDİ - FOTO

Hazırda oxunan: “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” TƏQDİM EDİLDİ - FOTO

222722

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, xəritə Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub.
 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli i “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.

Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və onun çap olunması təklif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin