Tiktoker “Roşka” yenə HƏBS EDİLDİ

Hazırda oxunan: Tiktoker “Roşka” yenə HƏBS EDİLDİ

222702

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
 

Qeyd edilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.


Qeyd edək ki, tiktoker daha əvvəl də eyni əmələ görə saxlanılıb və barəsində  20 sutka inzibati qaydada həbs cəzası tətbiq edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin