Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Bizim.Media xəbər verir ki, nazir sosial şəbəkə hesabından yazdığı şərhdə bunları qeyd edib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:24 / 27.11.2024
Emin Əmrullayev 1500 məktəbin bağlanacağı xəbərini TƏKZİB ETDİ
Hazırda oxunan: Emin Əmrullayev 1500 məktəbin bağlanacağı xəbərini TƏKZİB ETDİ
Hazırda oxunan: Emin Əmrullayev 1500 məktəbin bağlanacağı xəbərini TƏKZİB ETDİ
222671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.