Fransanın ARTE kanalının Azərbaycana qarşı hazırladığı iftiralarla dolu "sənədli film"ə SƏRT REAKSİYA

Hazırda oxunan: Fransanın ARTE kanalının Azərbaycana qarşı hazırladığı iftiralarla dolu "sənədli film"ə SƏRT REAKSİYA

222636

"Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu "sənədli film" yayımlanmışdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

"Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq. Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilmişdir. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.

Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də Fransa siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir", deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin