Razi Nurullayevdən sosial yardımın verilməsi proseduruna ETİRAZ - VİDEO

Hazırda oxunan: Razi Nurullayevdən sosial yardımın verilməsi proseduruna ETİRAZ - VİDEO

222589

“Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar aparılan zaman açıb vətəndaşların soyuducularını yoxlamasınlar, qazanlarının içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək bu kimi halların qarşısının alınmasını təklif edib:

“Həmin ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə un, kartof və s. Bu, onların ünvanlı sosial yardım almasına mane olmamalıdır. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi”.



Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin