“Döyüşdə uzun və qısa müddət iştirak edənlər arasında fərq müəyyənləşdirilsin” – Deputatdan TƏKLİF

Hazırda oxunan: “Döyüşdə uzun və qısa müddət iştirak edənlər arasında fərq müəyyənləşdirilsin” – Deputatdan TƏKLİF

222585

“Müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələdir. Hazırda döyüşdə qısa və uzun müddətli olmaqla iştirak edənlər arasında fərq yoxdur. Mən təklif edirəm ki, döyüşdə uzun və qısa müddətli iştirak edənlər arasında fərq müəyyənləşsin. O zaman müəyyən kateqoriya üzrə vəsaitin ayrılmasına da baxmaq asan olar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat dəfn pulunun verilməsi prosesinin elektronlaşmasını təklif edib:

“Bu ilin dövlət büdcəsində dəfn pulunun artırılması təqdirəlayiqdir. Amma prosesin elektronlaşdırılmasına ehtiyac var. Bunu elektronlaşdırmaqla bu vəsaitin daha sürətli verilməsinə nail olmaq mümükündür”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin