Motosiklet sürücüsü həm piyada keçidindən, həm də işıqforun qırmızı işığından keçməklə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.
"Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır", məlumatda deyilir.
Bizim.Media