Lənkəranda Təcili Yardım avtomobili qəzaya uğradı: Yaralananlar var - FOTO

Hazırda oxunan: Lənkəranda Təcili Yardım avtomobili qəzaya uğradı: Yaralananlar var - FOTO

222554

Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya düşüb. Hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Bizim.Media xəbər verir ki, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədovanı daşıyan təcili yardım avtomobili, qarşısına çıxan "Hyundai Tucson" markalı minik avtomobili ilə toqquşub.

Minik avtomobilini Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadə idarə edirdi. Toqquşma nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan xəstə və onun yaxınları – 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan Ağabacı Əhmədova reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisədə iştirak edən "Hyundai Tucson"un sürücüsü N.Şərifzadə də Lənkəran Təcili Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin