Oğuz sakini sirkə turşusunun qurbanı oldu

Hazırda oxunan: Oğuz sakini sirkə turşusunun qurbanı oldu

222546

Oğuzda 56 yaşlı qadın sirkə turşusu içdikdən sonra halı qəflətən pisləşib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Bucaq kənd sakini, 56 yaşlı Leyla Musayeva yaşadığı mənzildə halı pisləşdiyindən yaxınları onun üçün Təcili Tibbi Yardım briqadası çağırıb.

İlkin tibbi yardım göstərilən qadın müayinə edildikdən sonra bəlli olub ki, o, sirkə turşusu qəbul etdikdən sonra zəhərlənib.

Qadına tibbi yardım göstəriləndən sonra Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bir neçə saatdan sonra qadın şoka düşüb və həkimlərin bütün səylərinə baxmayaraq o həyatını itirib.
 

Ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib. 


Müayinələrdən sonra ölüm faktının səbəbləri dəqiqliklə bilinəcək.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin