İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.
Bu barədə Bizim.Media-ya İranın Azərbaycandakı Səfirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Zərif gəlmir, gedir – Politoloqdan maraqlı ŞƏRH
Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.
Bizim.Media