“Məşğullluq İdarəsindən işsiz şəxslərə xəstə heyvanlar verirlər. O heyvanlar qapıdan həyətə çatana qədər və ya 3 gün yaşayırlar. Bunlara, heç olmasa, bir illik zəmanət verin, 3 aylıq da yemlə təmin edin. İnsanlar bunu kefdən almırlar ki?”
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata etiraz edərək araşdırılmamış məlumatların verilməməsini qeyd edib:
“Xahiş edirəm, araşdırılmamış məlumat verilməsin. Təqdim olunan heyvanlarla bağlı videolar çəkilir, onların bütün sertifikatları təqdim olunur”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 26.11.2024
“İşsizlərə verilən xəstə heyvanlar 3 gün yaşayır” deyən deputata nazirdən ETİRAZ
Hazırda oxunan: “İşsizlərə verilən xəstə heyvanlar 3 gün yaşayır” deyən deputata nazirdən ETİRAZ
Hazırda oxunan: “İşsizlərə verilən xəstə heyvanlar 3 gün yaşayır” deyən deputata nazirdən ETİRAZ
222489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.