Vergi toplaya bilməyən bələdiyyələr kadastr planının hazırlanmasında niyə MARAQLI DEYİLLƏR?

Hazırda oxunan: Vergi toplaya bilməyən bələdiyyələr kadastr planının hazırlanmasında niyə MARAQLI DEYİLLƏR?

222472

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Amma bu seçkilərə maraq digər seçkilərdəki kimi çox deyil. Bunun da tək səbəbi bələdiyyələrin fəaliyyətsizliyidir.

Bu gün əksər bələdiyyələr sakinlərin müraciətlərinə baxmaqda, qaldırılan məsələlərin həllində acizdir. Bunun da bir səbəbi bələdiyyələrin dotasiya hesabına ayaqda qalmasıdır. Bələdiyyələr bu gün əmlak və torpaq vergisini belə toplaya bilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA


Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan bələdiyyələrlə iş üzrə ekspert Vüqar Tofiqli bildirib ki, ən böyük problem ötən 25 ildə bələdiyyələrə konkret əmlakların və torpaqların verilməməsidir:

“Bu günə kimi bələdiyyələrə ərazilərin kadastr xəritəsi tam şəkildə verilməyib. Bir çox bələdiyyə hələ də hansı əmlaka sahib olduqlarını bilmir, öz ərazisini tanımır. Ölkədə bələdiyyələr yenidən formalaşır. Ən böyük dəstəksə bələdiyyələrə əmlakların və ərazi xəritələrinin verilməsidir”.

Vüqar Tofiqli daha bir vacib məqama toxunub:

“Nəzərə alaq ki, hazırda ölkə üzrə 500 mindən artıq fərdi mənzilin dövlət reyestrindən çıxarışı yoxdur. Bu da o deməkdir ki, 500 min subyekt bələdiyyələrə nə əmlak, nə də ki, torpaq vergisi vermir. Nəticədə hər il bələdiyyələr milyon manatlarla vəsaitdən məhrum olur. Ona görə də bu məsələ nə qədər tez öz həllini tapsa, bir o qədər yaxşı olar. Bundan həm dövlət, həm bələdiyyə, həm də ki, vətəndaş məmnun qalar.

Beləliklə də bələdiyyələrin də nüfuzu və imkanları artar. Amma bu gün bələdiyyələrin əlində əmlak və torpaq sahiblərinə təsir edəcək heç bir hüquqi səlahiyyət yoxdur. Bu səlahiyyətlər bələdiyyələrə verilməlidir. Bunun üçünsə ilk növbədə bu və digər səbəblər üzündən bələdiyyə ərazilərində inşa edilmiş tikililər dövlət qeydiyyatına alınmalıdır.


Buna qədər isə bələdiyyələrə ərazilərin dövlət reyestrindən çıxarışı təqdim edilməlidir ki, bundan sonra bələdiyyələrə bu və digər məqsədlə müraciət edən vətəndaşa bələdiyyələr hansısa şəkildə yardımçı ola bilsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin