Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığının səbəbi nədir? – RƏSMİ AÇIQLAMA

222321

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb. 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəıbər verir ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır. 

"Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur. 

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq", - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin