Əqli və fiziki qüsurlu uşaqların sayında ARTIM

Hazırda oxunan: Əqli və fiziki qüsurlu uşaqların sayında ARTIM

222314

Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan əqli və fiziki cəhətdən qüsurlu uşaqların sayı artıb. 

Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan 18,913 uşaq görmə qabiliyyəti qismən məhdud, 6009-u əqli gerilik, 5528-i skolioz, 5047-si nitq pozuntusu ilə qeydə alınıb.  

Qeyd edək ki, qeydə alınan qüsurlar daha çox 11-17 yaşlı uşaqları əhatə edib. Bu statistika üzrə 2022-ci ilə nisbətən artım müşahidə olunur.

Belə ki, 2022-ci ildə tibb müəssisələrində qeydiyyatda olan əqli və fiziki cəhətdən qüsurlu uşaqların 16800-ü görmə qabiliyyəti qismən məhdud, 5275-i əqli gerilik, 4812-i skolioz, 4417-i isə nitq pozuntusu ilə qeydə alınıb. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin