Hazırda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsini Hüseyn Bağırov icra edir.
Moderator.az xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Kabinetin yeni tərkibində Hüseyn Bağırovun adı yer almayıb.






























































































