Lənkəranda BALIQ BOLLUĞU – Qiymətlər kəskin ENDİ – FOTO

Hazırda oxunan: Lənkəranda BALIQ BOLLUĞU – Qiymətlər kəskin ENDİ – FOTO

222290

Lənkəranda təzə balığın qiyməti son illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, balıq sevənlərin ən çox üz tutduğu məkan olan "Böyük Bazar" bu mövsüm dəniz nemətlərini münasib qiymətlərlə təklif edir.
 

Bazarda həm dəniz, həm də çay balıqlarının müxtəlif növləri mövcuddur. Çay balıqları əsasən Masallının Viləş və Xanbulan çaylarından gətirilir, süni göllərdə yetişdirilən balıqlar isə daha ucuz qiymətə satılır. Bununla yanaşı, alıcıların diqqətini daha çox Xəzər dənizinin Lənkəran və Astara sahillərindən tutulan təzə balıqlar çəkir.


Məşhur kütüm balığının bir kiloqramı hazırda 6-7 manata təklif olunur ki, bu qiymət hər kəs tərəfindən əlverişli hesab edilir. Keçən il isə eyni balığın qiyməti 15-18 manata qədər idi. Nərə balığının qiyməti 30 manata, sudak balığı isə 8 manata təklif olunur. Xəşəm və kefal balıqları da alıcıların üstünlük verdikləri  məhsullar sırasındadır və qiymətləri 9-12 manat arasında dəyişir. Kiçik ölçülü dəniz balıqlarının kiloqramı isə 2-5 manat arasında satılır.

Bazarda xaricdən gətirilən balıqlar da kifayət qədərdir. Bir vaxtlar çox baha satılan farel balığının kiloqramı indi 12-14 manata təklif olunur.

Satıcıların sözlərinə görə, bu il Xəzər dənizində hava şəraitinin balıqçılıq üçün əlverişli keçməsi balıq bolluğu yaradıb, nəticədə qiymətlərdə kəskin ucuzlaşma baş verib. Son həftələr qiymətlər sabit olsa da, Yeni il öncəsi ənənəvi qiymət artımı gözlənilir.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin