“Son günlər bəzi ekspertlər və media orqanları tərəfindən idxal əməliyyatları zamanı bütün malların gömrük dəyərinin süni surətdə artırıldığı iddia edilir ki, bu da əsla həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan gömrük xidməti beynəlxalq aləmdə tətbiq edilən, Ümumdünya Gömrük Təşkilatı tərəfindən tövsiyə olunan üsullar və yanaşmalar əsasında fəaliyyətini formalaşdırıb”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, Səfər Mehdiyevin yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə əsasən, hazırda gömrük əməliyyatları risk əsaslı gömrük nəzarət tədbirləri əsasında həyata keçirilir ki, bu da insan amilinin mümkün dərəcədə aradan qaldırılması, müasir metodologiyaları özündə ehtiva edən xüsusi proqram təminatının tətbiqi ilə reallaşdırılır:
“Yəni gömrük orqanlarına ötürülən hər hansı gömrük bəyannaməsi proqram təminatı vasitəsilə analiz olunur, risk amili ortaya çıxdığı təqdirdə araşdırma aparılır.
Digər tərəfdən xarici ticarət iştirakçıları tərəfindən həyata keçirilən idxal əməliyyatlarının fərdi qaydada yoxlamaya məruz qalması fiziki baxımdan da mümkün deyil. Belə ki, gün ərzində gömrük orqanları tərəfindən iki minə yaxın gömrük bəyannaməsi emal edilir. Bu bəyannamələrin tək-tək incələnməsi günlərlə, həftələrlə vaxt tələb edir ki, bu da istər sərhədkeçmə, istərsə də rəmiləşdirmə proseslərinin ləngiməsi və nəticə olaraq təchizat zəncirinin davamlılığının pozulmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, 2020-ci ildə ümumi idxal əməliyyatlarının yalnız 5 faizi ətrafında gömrük dəyəri ilə bağlı risklər yaranıb və dəyərin təshih olunması həyata keçirilib.
Komitə sədri bildirib ki, avtonəqliyyat vasitələrinin idxalı prosesi zamanı gömrük orqanlarının kütləvi şəkildə gömrük dəyərini süni şəkildə artırdığına dair səslənən iddialar da həqiqətə uyğun deyil:
“Sadəcə bir faktı qeyd etməklə bu iddialara aydınlıq gətirmək olar. Belə ki, 2020-ci ildə ölkəyə idxal edilən avtonəqliyyat vasitələrinin yalnız 4 faizinin bəyanetmə prosesində gömrük orqanlarına yanlış məlumatlar təqdim edilib və dəyər yenidən müəyyənləşdirilib. Digər hallarda isə vətəndaşlar tərəfindən təqdim olunan sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunmayaraq rəsmiləşdirmə başa çatdırılıb”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:39 / 24.05.2021
Səfər Mehdiyevdən gömrükdə süni qiymət artımı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Səfər Mehdiyevdən gömrükdə süni qiymət artımı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Səfər Mehdiyevdən gömrükdə süni qiymət artımı ilə bağlı AÇIQLAMA
22229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.