Səfər Mehdiyevdən rüşvət qalmaqalına CAVAB: “Bəzi dairələr xidmətin fəaliyyətinə kölgə salmağa çalışır”

Hazırda oxunan: Səfər Mehdiyevdən rüşvət qalmaqalına CAVAB: “Bəzi dairələr xidmətin fəaliyyətinə kölgə salmağa çalışır”

22227

“Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, Səfər Mehdiyevin yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir:

“Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin