Yeni istifadəyə veriləcək "ekobus"lar digərlərindən nə ilə fərqlənir? - VİDEO

Hazırda oxunan: Yeni istifadəyə veriləcək "ekobus"lar digərlərindən nə ilə fərqlənir? - VİDEO

222207

Elektrik mühərrikli avtobuslar sabahdan xəttə buraxılır.

Bizim.Media xəbər verir ki, gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edəcək. Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı bu avtobuslar 160 ədəddir.

"Avro-6" standartlarına uyğun olan bu nəqliyyat vasitələrinin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generatorla isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

"BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva "Xəzər Xəbər"ə bildirib ki, elektrikli avtobuslar təmsil etdiyi şirkətə məxsus marşrut xətlərində fəaliyyət göstərəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin