Xaçmazda parkda qadın fiziki zorakılığa məruz qalıb.
Bizim.Media-nın məlumata görə, hadisə Xaçmaz şəhərindəki "Fəvvarələr parkı"nda baş verib.
Məlumata görə, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxs tərəfindən döyülüb.
Ağır xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:35 / 24.05.2021
Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO
Hazırda oxunan: Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO
Hazırda oxunan: Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO
22209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.