Payız aylarında ağırlaşan xəstəliklər – SİYAHI

Hazırda oxunan: Payız aylarında ağırlaşan xəstəliklər – SİYAHI

222022

Bəzi xroniki xəstəliklər payızda özünü daha çox biruzə verir. Bundan başqa bəzi mövsümi xəstəliklər də məhz bu fəsildə üzə çıxır.

Bəs, payız aylarında hansı xəstəliklərdən qorxmaq lazımdır?

Bizim.Media bununla bağlı araşdırma aparıb.

Beynəlxalq tədqiqatlara əsasən məlum olub ki, payızda insanları təkcə soyuqdəymə deyil, həm də müxtəlif xroniki xəstəliklərin kəskinləşməsi təhdid edir.
 

Nəzərə alaq ki, payızda daha az təmiz havaya çıxırıq, otaqları tez-tez havalandırmırıq. Nəticədə "məişət" allergenləri aktivləşir.


Həmçinin, bir çoxlarımızda payızda oynaqlarda ağrı və iltihabın kəskinləşməsi qeydə alınır.Bu da temperaturun və atmosfer təzyiqinin dəyişməsi ilə bağlıdır.

Ən çox görülən mövsümi xəstəliklərdən bir də depressiyadır. Payızda havalar soyuyur, yağış yağmağa başlayır, gündüz saatları sürətlə azalır. Bu amillər də depressiya, yuxusuzluq, yorğunluq hissinə səbəb olur.

Bundan əlavə, payızda insanlar hava dəyişikliyi ilə bağlı baş ağrılarından, ürək-damar xəstəliklərinin kəskinləşməsindən və təbii ki, qripdən şikayət edirlər. Mütəxəssislər məsləhət görür ki, epidemiya mövsümü başlamazdan əvvəl qripə qarşı peyvənd olunmaq lazımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin