Dövlət Miqrasiya Xidmətindən tender AÇIQLAMASI – “Xəta bizimdir”

Hazırda oxunan: Dövlət Miqrasiya Xidmətindən tender AÇIQLAMASI – “Xəta bizimdir”

22196

“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri - dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“10 manatlıq” şirkətlərin qalib olduğu tender formalizmi – Keyfiyyətsiz işlərə MİLYARDLAR necə XƏRCLƏNİR?


Onun sözlərinə görə saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb:

“Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”, deyə xidmət rəhbəri əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin