“Space”nin yeni rəhbəri Müşfiq Hətəmov televiziyanın sıravi üzvləri ilə görüşmək fikirndə deyil.
Bizim.Media xəbər verir ki, kanalın kollektivi belə bir qənaətə gəlib.
Televiziyanın daxilindən verilən məlumata görə, Müşfiq Hətəmovun bu vəzifəyə gətirilməsindən 4 gün keçməsinə baxmayaraq, o, kanalın sıravi işçiəri ilə tanış olmayıb. Kanalın əməkdaşları 21 mayda onun işçilərlə görüşəcəyinə ümid etsələr də, bunun baş tutmamasından məyus olublar. Hətta onlara yeni rəhbərin işə gəlib getməsi haqda da məlumat verilmir.
Çünki kollektivi ən çox aylardı ala bilmədiklrəi maaş məsələsi maraqlandırır. Müşfiq Hətəmov bə məsələni həll edə biləcək, ya yox?
Məlumatlı mənbənin verdiyi xəbərdə deyilir ki, söz vermişdilər ki, mayın 24-də maaşların bir qismi paylanılacaq. Amma gün günortanı keçsə də kanaldakı maliyyə qrumu susur. İşçilərin zənglərinə isə “müdir məşğuldur, biz də məşğuluq, heç nə bilmirik”- deyə, klassik film cavabını verirlər.
Qeyd edək ki, Müşfiq Hətəmov 20 mayda telekanala rəhbər təyin olub.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 24.05.2021
“Space” TV-nin kollektivi yeni rəhbərin üzünə həsrət qalıb
Hazırda oxunan: “Space” TV-nin kollektivi yeni rəhbərin üzünə həsrət qalıb
Hazırda oxunan: “Space” TV-nin kollektivi yeni rəhbərin üzünə həsrət qalıb
22194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.