Hakim tanınmış vəkilə hədə-qorxu gəldi – “Cürəti çatırsa gəlməsin, başına oyun açacağam”

Hazırda oxunan: Hakim tanınmış vəkilə hədə-qorxu gəldi – “Cürəti çatırsa gəlməsin, başına oyun açacağam”

22177

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tanınmış vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinə şikayət edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı E.Sadıqov feysbuk səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, vəkili olduğu təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda müqavilə bağladığı 5 nəfər müdafiəçisi olub:

“Təqsirləndirilən şəxsin yeni vəkili order təqdim edəndə hakim bildirib ki, Elçin Sadıqov gəlməlidir, mən işi təcili yekunlaşdırmalıyam. Katib mənə zəng edəndə Cinayət Posessual Məcəlləsinin tələbini izah etdim ki, təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi varsa, onlardan birinin iştirakı məhkəmə iclasının davam etdirilməsinə mane olmur. Müvəkkilim də mənə demişdi ki, yeni vəkil də işlə tanış olsun, sonra birlikdə müdafiə mövqeyini müzakirə edək.

Hakim deyib ki, “Elçinə mən demişəm, cürəti çatırsa gəlməsin, onun başına oyun açacağam”. Mən də qanunu rəhbər tutaraq getmədim.

İndi mənə Vəkillər Kollegiyası Rəyasət Heyətindən zəng edərək bildirdilər ki, başqa vəkil iştitak etdiyi halda hikkəli hakim ancaq məndən kollegiyaya şikayət edib”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin