Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb:
“Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.
Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 21.11.2024
Nazir: Gələn il 130 min nəfər işlə təmin olunacaq
Hazırda oxunan: Nazir: Gələn il 130 min nəfər işlə təmin olunacaq
Hazırda oxunan: Nazir: Gələn il 130 min nəfər işlə təmin olunacaq
221701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.