“Tibb işçilərinin hal-hazırki sertifikasiyası yararsızdır və dayandırılmalıdır!”.
Bizim.Media xəbər verir ki, bu tələblə "Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev “Facebook” hesabında çıxış edib.
Onun sözlərinə görə kredit-sertifikasiya-attestasiya ballarının yığılması, imtahan suallarının əksəriyyəti və imtahandan keçə bilməyənlərin fəaliyyətinə xitam verilməsi yalnışdır və bürokratik əngəllərlə doludur:
“Sertifikasiya və attestasiya təmamilə ləğv edilməməlidir, formatı dəyişdirilməlidir! Təkmilləşmə hər zaman vacibdir, lakin qaydasında, belə yox...
Tibb işçilərinin sığorta və COVID əlavələri verilməlidir, əks halda tibb işçilərindən keyfiyyətli iş tələb etmək absurddur və bu mümkün olmayacaq. Həkimlər yetəri qədər intellektual bir zümrədir, onlarla hədə-qorxu yolu ilə davranmağın sonu yaxşı olmayacaq. Hazırki yuxarı ranq tibb məmurları qətiyyən tibb işçilərinin hüquqlarını qorumur, hətta öz kreslolarını qorumaq üçün tibb işçilərini nəinki keçi qiymətinə satırlar, hətta tümünü qurban verməyə hazırdırlar”.
Alçina Amilqızı, Bizim.Media