Bakı metrosu iyunun 1-də açılmayacaq - Metropoliten səbəbi AÇIQLADI

Hazırda oxunan: Bakı metrosu iyunun 1-də açılmayacaq - Metropoliten səbəbi AÇIQLADI

22168

Bakı metrosu hazırlıq vəziyyətinə gətirilir və iyunun 1-nə qədər sərnişinlərin istifadəsinə hazır vəziyyətdə olacaq. “Bakı Metropoliteni” QSC rəsmilərinin bu açıqlaması iyunun 1-dən metro fəaliyyəti ilə bağlı məhdudiyyətin götürüləcəyi anlamına gəldiyi üçün sosial şəbəkələrdə müzakirələr başlayıb. İnsanlar sayılı günlər qalan iyunun 1-dən Bakı metrosundan istifadə edə biləcəkləri barədə sosial şəbəkələrdə sevinc hisslərini bölüşməyə başlayıblar.  
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı Metropoliteni” tarix açıqladı – İyunun 1-dən sərnişindaşıma....


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında metropolitenin hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı məlumatın ictimaiyyətdə yalnış anlaşılma ilə qarşıandığını bildirib:

“Metropoliteni daim hazır vəziyyətdə saxlamaq əvvəllər necə idisə indi də həmin işlər avam etdirilir. Bu işlərin görülməsini normativ sənədlər tələb edir. Baxış qulluq, xidmət kimi proseslər aparılır. İndi desinlər ki, 1 saatdan sonra qatarları hərəkətə gətirin. Təbii ki, bu, olmaz. Çünki hazırlıq üçün müəyyən müddət lazımdır. Ümumi hazırlıq səviyyəsi Metropolitendə həmişə olub. Yeganə istisna “Elmlər Akademiyası” ilə bağlı ola bilər. Bu, artıq təmir prosesidir. Bu barədə də ictimaiyyətə açıqlamışdıq ki, təmir işləri iyunun 1-nə kimi bitəcək. Amma sərnişindaşıma fəaliyyətinin bərpa olunması, yaxud dayandırılması müddətinin uzadlması ilə əlaqələli olan bir proses deyil”.

Metropoliten rəsmisinin sözlərinə görə Nazirlər Kabinetindən onlara metronun fəaliyyətinin bərpa olunması ilə balı hər hansı qərar gəlməyib:

“Nazirlər Kabinetindən də “metronu açın və ya metro açılsın” kimi tələbdə çıxış etməyimiz də doğru olmaz. Çünki məsələ sırf texniki və ya sərnişindaşıma ilə bağlı deyil. Metropoliten epidemiologiya və ya tibbi məsələ il məşğul olmadığı üçün mövcud vəziyyətin qiymətləndirilməsi peşəkar səviyyədə aparılmalıdır. Operativ Qərargah epidemioloji duruma görə özü qərar verəcək. Bakı Metropoliteni icraçı qurumdur və verilən qərarı icra edəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin