Jurnalistdən SƏRT SÖZLƏR: “Rusiyadakı diasporumuz “Tərəqqi” medalı uğrunda yarışır” - VİDEO

Hazırda oxunan: Jurnalistdən SƏRT SÖZLƏR: “Rusiyadakı diasporumuz “Tərəqqi” medalı uğrunda yarışır” - VİDEO

22158

Rusiyada yaşayan jurnalist, politoloq Anar Həsənov Rusiyadakı Azərbaycan diasporunu tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində maraqlı status paylaşıb.

Politoloq bir ölkənin dasporunun fəaliyyətinin 6 amildən ibarət olduğunu qeyd edib:  

“Etnik qrupun sayı, nüfuzlu soydaşlar, milli kimliyə ehtiram, iqtisadi maraq, milli-mədəni təşkilatlar, Vətənlə əlaqələrin intensivliyi və xarakteri.

Sizə bir sirr deyim: Rusiyadakı Azərbaycan diasporu sadaladığım bu keyfiyyətlərə sahibdir. O zaman niyə o mütəşəkkil deyil, zəifdir? Kim və nədir əsas maneə? Bu suala cavabı 2 dəqiqəlik videoda müqayisəli analiz metodunun köməyi ilə izah edirəm. Ümid edirəm ki, bu fikirlə sözügedən sahədə əksəriyyətin səngiməyən populist, "elmhəndəvərli", romantik diskursuna bir nida işarəsi qoyuram. 

P.S. Vətən üçün individual şəkildə çalışmaq da strategiyadır. "Massovka" olmayın, ey mənim müsəlman qardaşlarım...”

Jurnalist təqdim etdiyi video da isə Azərbaycan diasporasının fəaliyyətsizliyindən danışarkən bir çox maraqlı nüanslara da toxunub:

“Rusiyada erməniləri şişirdib telekanallara sala bilirlər, azərbaycanlılar isə bununla məşğul deyillər. Azərbycan diasporasının məqsdədi ancaq bayram keçirmək və “Tərəqqi” medalı uğrunda yarışmaqdır. Bu gün Rusiyada hansı qüvvə hakimiyyətə gəlsə, hər zaman erməni mobilliyindən istifadə edəcək. Çünki Azərbaycan mobilliyi yoxdur. Ona görə ki, Azərbaycanın bu sahəyə olan məsul təşkilatları azərbaycanlıların birləşməsinin tərəfdarı deyillər. Mən bunun dəfələrlə şahidi olmuşam. Nəticə etibarı ilə uduzan bizim cəmiyyət olur”.

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin