Anlatsınlar görək, xoşbəxtlik necə olur?

Hazırda oxunan: Anlatsınlar görək, xoşbəxtlik necə olur?

221553
Xoşbəxtlik – böyük ailə deməkdir! Xoşbəxtlik – o ailədə ömür-gün yoldaşınla can deyib, can eşitməkdir! Xoşbəxt olmaq hər bir insanın haqqıdır. Mənim də, sizin də, bir başqasının da...
xa0
Həyatda bütün arzular gerçəkləşmədiyi kimi, bəzən xoşbəxtlik, sevinc, təbəssüm xəyal olaraq qalır, bizdən uzaq gəzir. Bəzən onun arxasınca düşüb, təqib edirik. Sanki həyat bizi sınağa çəkir...
xa0
Xoşbəxtliyi dadan, həyatın sevincini, şirinliyini duyan, hiss edən adamlardan xahiş etdim ki, o hissləri mənə də təsvir etsinlər. Anlatsınlar görək, xoşbəxtlik necə olur? Dedilər ki, söz bu duyğuları anlatmaq üçün acizdir. Dedilər ki, xoşbəxtliyin öz rəngi, öz çaları var. Dedilər ki, xoşbəxtlik gözlə görülməyən, ölçüsü olmayan, alınıb-satılmayan mənəvi bir hiss, şipşirin bir duyğudur. Xoşbəxtlik tükənməyən sevgidi, sönməyən ehtirasdı, çılğın hisslərdi, nəvazişdi, qayğıdı, qarşılıqlı hörmətdi. Bir də dedilər ki, onun dadından hələ heç kim şikayət etməyib...
xa0
Əgər belədirsə, bu şirinliyi biz niyə dada bilmirik? Nədən xoşbəxtlik onu gözləyən, həsrətində olan insanlardan gen qaçır? Axı bizim də xoşbəxt olmağa haqqımız var. Bəzən xoşbəxtliyi çox bahalı əşyaya bənzədirəm. Mənə elə gəlir ki, kimin pulu varsa, həmin əşyanı alır. Pulu olmayan isə ona həsrət qalır, onunçün göz yaşı axıdır. Ona sahib olanlar isə bərk-bərk yapışıb, əllərindən vermək istəmirlər. Çünki həyatda xoşbəxtlik qədər dəyərli heç nə yoxdur. Xoşbəxtlik elə bir hissdir ki, onun qiyməti yoxdur. Buna görə də alınııb-satılmır. Satılsaydı, hamı alardı. Pulu olmayan da borc-xərc edib alardı. Amma bu, mümkün deyil. Hansı ki, xoşbəxt olmaq hamının haqqıdır. Villada yaşayanın da, daxmada yaşayanın da... Təbii ki, daxmada da xoşbəxt olmaq olar, yetər ki, qarşılıqlı sevgi və hörmət olsun....
xa0
Leyla Namazova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin