Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Hazırda oxunan: Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

221482

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının təhsil üzrə qlobal direktoru Luis Benveniste ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksəksəviyyəli panellərdə də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin