MN-də vəzifə alan 37 yaşlı general məşhurun oğlu imiş

Hazırda oxunan: MN-də vəzifə alan 37 yaşlı general məşhurun oğlu imiş

221472

Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
 

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.


Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin