Fərid Əliyevin MN-dəki vəzifə səlahiyyətləri ARTIRILDI

Hazırda oxunan: Fərid Əliyevin MN-dəki vəzifə səlahiyyətləri ARTIRILDI

221438

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, general-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.
 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, 2023-cü ilin fevralında Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə Adil Qurbanov təyin olunmuşdu. O, 2023-cü il iyulun 13-dək sözügedən vəzifəni icra edib. Həmin tarixdə isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyinat alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin