Prezidentin dayısı seçkini belə şərh etdi - VİDEO

Hazırda oxunan: Prezidentin dayısı seçkini belə şərh etdi - VİDEO

220783
Bu gün Azərbaycanda prezident seçkiləridir.

8 namizəd prezidentlik postu uğrunda mübarizə aparır. Kimin prezident olacağına isə qeydə alınan 5 milyon 300 mindən çox seçici qərar verəcək. Səhər saat 08:00-dan etibarən seçki prosesinə start verilib.

23 saylı Nəsimi-Səbail Seçki dairəsinin 23 saylı seçki mənqətəsində olduq. Dairə sədri Həsən Vəliyevin saytımıza verdiyi məlumata görə, burada 1243 seçici qeydə alınıb.

Seçicilərin aktivliyi yaxşı qiymətləndirilir. Sözügedən dairənin ən tanımış seçiciləri arasında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan prezidentinin dayısı, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Liberal Partiyasının lideri Lalə Şövkət də yer alıb.

Qeyd edək ki, 58 mindən çox müşahidəçinin izlədiyi seçki prosesi saat 19:00-da başa çatacaq.(yeniçağ.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin