Afrika ölkələri və dənizaşırı ərazilərin nümayəndələri Bakıda dinc aksiya keçiriblər

Hazırda oxunan: Afrika ölkələri və dənizaşırı ərazilərin nümayəndələri Bakıda dinc aksiya keçiriblər

220708

Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələrinin və dənizaşırı ərazilərin nümayəndələri Bakıda “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiya keçiriblər.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, COP29 çərçivəsində təşkil olunan aksiyanın iştirakçıları bildiriblər ki, müstəmləkəsiz və yaşıl dünya naminə həmrəylik davamlı inkişafın və müstəmləkə ölkələrinin muxtariyyətinin ayrılmaz olduğu ideyasına əsaslanır.

Onilliklər boyu müstəmləkəçilikdən, iqtisadi istismardan, mədəniyyətlərinə və ətraf mühitlərinə hücumlardan əziyyət çəkən bu ölkələr istər iqlim dəyişikliyi, istərsə də meşələrin qırılması və ya torpağın deqradasiyası kimi mövcud ekoloji böhranlara ən həssas ölkələrdir. Bu xalqlarla həqiqi həmrəylik onların təbii ehtiyatlarına, ənənəvi biliklərinə və suverenliyinə hörmət edən hüququnu dəstəkləmək deməkdir.

Aksiyaçılar təbii sərvətlərinin müstəmləkəçi güclərin xeyrinə talan edilməsinə, yerli əhalinin yoxsullaşdırılmasına, ekosistemlərin zəiflədilməsinə etirazlarını bildiriblər. Onlar Fransa və Niderland kimi müstəmləkəçi dövlətlərin və transmilli korporasiyaların deqradasiya etdiyi ekosistemlərin bərpası üçün məsuliyyət daşıdıqlarını və buna görə ekoloji təzminat ödəməli olduqlarını vurğulayıblar.

Müstəmləkə altında olan bu ölkələrin nümayəndələri yaşıl texnologiyalara bərabər çıxışı tələb edirlər. İnkişaf etmiş ölkələrdə müstəmləkəçiliyin təsirləri və əvvəllər müstəmləkə olmuş ölkələrin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlılığın artırılması və insanların maarifləndirilməsinə çağırış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin