Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq

Hazırda oxunan: Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq

220686

Sabah "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malaziyanın “Citiqlobal” şirkəti arasında Bakı limanında 5,4 MV gücündə günəş enerjisi ilə işləyən fotovoltaik qurğusunun quraşdırılması ilə bağlı müqavilə imzalanacaq.

Bizim.Media xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.

O, deyib ki, layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə edilməsi vasitəsilə Bakı Limanının "Yaşıl Liman" statusuna töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin