Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Hazırda oxunan: Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

220677

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Daşkəsən, Bakı-Göyçay, Bakı-Göygöl, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Sumqayıt-İsmayıllı, Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax və Gəncə-Şəki şəhərlərarası, eləcə də Qusar 3 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

"Sənədlər 13 dekabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy və Bakı-Daşkəsən istiqamətlərində 5 Lot üzrə dekabrın 17-də;

Bakı-Göyçay, Bakı-Göygöl, Bakı-Kürdəmir, Bakı-İsmayıllı və Sumqayıt-İsmayıllı istiqamətlərində 5 Lot üzrə dekabrın 20-də;


Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax və Gəncə-Şəki istiqamətlərində, eləcə də Qusar 3 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə 5 Lotda dekabrın 24-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin