Bakıda tramvayların istifadəyə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda tramvayların istifadəyə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

220484

“Yaxın illərdə Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

"Hazırda paytaxtda istifadə edilən əsas yerüstü nəqliyyat növü avtobusdur və indi onun elektrikli növləri ölkəyə gətirilərək istifadə edilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə əsas yerüstü nəqliyyat növü tramvay ola bilər. Düşünürəm ki, yaxın illərdə bununla bağlı konkret qərarlar verilə bilər.

Əsas məsələ odur ki, yerüstü ictimai nəqliyyat üçün müvafiq yer nəzərdə tutulsun. Hazırda ictimai nəqliyyat üçün küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili üçün iş görülür", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin