“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir.
Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:46 / 12.11.2024
QMİ sədri: Dünyada baş verən müharibələr təbiətə və iqlimə təsir göstərir
Hazırda oxunan: QMİ sədri: Dünyada baş verən müharibələr təbiətə və iqlimə təsir göstərir
Hazırda oxunan: QMİ sədri: Dünyada baş verən müharibələr təbiətə və iqlimə təsir göstərir
220256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.