Qarabağ qazisinin Zəfər günündə əkiz qızları doğuldu - FOTO

Hazırda oxunan: Qarabağ qazisinin Zəfər günündə əkiz qızları doğuldu - FOTO

220097

Qubanın Küpçal kəndində yaşayan, "Şəhid ailələrinə qayğı" cəmiyyətinin sədri Zaur Gülməmmədovun əkizləri həyat yoldaşı ilə evliliklərinin 9-cu ilində dünyaya gəlib.

Məlumatı Bizim.Media-ya Zaur Gülməmmədovun özü təsdiqləyib.

Bildirib ki, Qubanın Qələdüz kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyən həyat yoldaşı Ofeliya ilə neçə ildi övlad yolu gözləyirdilər:

"Qızlarım Zəfər günü, noyabrın 8-də Bakıda özəl xəstəxanaların birində doğulub. Həmin gün mənə ikiqat bayram oldu. Həm Zəfər bayramını qeyd etdim, həm də çoxdan gözlədiyim ata adını daşımağa başladım".

Zaur Gülməmmədov əslən Xocavənd rayonunun Kurapatkin kəndindəndir. Birinci Qarabağ Müharibəsində həm öz kəndi, həm də Ağdam, Füzuli, Şuşa döyüşlərində iştirak edib.

O, hazırda Qubada təsirli bir hadisənin yaratdığı təsadüfdən sonra yaşamalı olduğunu da vurğulayıb.

Bildirib ki, Qubadakı erməni vəhşiliyinin canlı sübutu olan kütləvi məzarlıqda yerləşən Soyqırım Memorial Kompleksində tədbir zamanı bir uşaq ağlaya-ağlaya çox təsirli bir şeir dedi, mən çox duyğusal oldum. Bu uşağın müəllimi ilə maraqlandım. Uşağın müəllimi Ofeliya müəllimə idi. Onunla tanış olub təşəkkür elədim. Və özümüz də bilmədən münasibətimiz alındı və biz evləndik. Hələlik Qubanın Küpçal kəndində yaşayırıq, özümüz ev tikmişik.

Zaur və Ofeliya Gülməmmədovlar qızlarını Dəniz və Dərya adlandırıblar. Körpələrin atası erməninin daşı daş üstə saxlamadığı, viran günə qoyduğu doğma Kurapatkin kəndinin bərpa olunandan sonra ailəlikcə ora köçmələrini səbrsizliklə gözləyir.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin