“Whatsapp” Türkiyədə geri addım atdı – FOTO

Hazırda oxunan: “Whatsapp” Türkiyədə geri addım atdı – FOTO

21998

Whatsapp mesengeri öz yeni qaydalarını Türkiyədə tətbiq edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Texnobloger Fərid Pərdəşünas bildirib. O, Facebook səhifəsində Türkiyənin bu addımı barədə yazıb.
 

“Whatsapp Türkiyədə geri addım atdı! WhatsApp-ın son gizlilik şərtlərini istifadəçilərə zorla qəbul etdirməsindən sora Türk höküməti və rəqabət qurumu WhatsApp-a qarşı istintaqa başladı və rəsmi olaraq xəbərdarlıq etdi ki, necə ki, bu qaydalar Avropada keçmirsə, Türkiyədə də keçməyəcək.


Və bugün edilən açıqlamada həmin şərtlərin Türkiyə üzərində tətbiqinə son verildi. Artıq Türkiyə vətəndaşları - istər qəbul edənlər, istərsə də qəbul etməyənlər bu şərtləri əhatələməyəcək və onların məlumatı paylaşılmayacaq. Türkiyə bir daha qlobal şirkətlər üçün nə dərəcədə önəmli və güclü olduğunu sübut elədi. Bizim ölkədə də bir sıra qanunlar var ki, məclisdə müzakirə olunmalıdır. Biri rəqəmsal xəritələrdə adlanma, ikincisi istifadəçi məlumatları və fərdi məlumatlardan istifadə. Lakin Milli Məclisdə çox təəssüf ki, bu məsələlər işıqlandırılmır. Düşünürəm ki, Milli Məclisdə qonaq spiker kimi bir neçə məsələ barədə fikir səsləndirməliyəm”.

Qeyd edək ki, “Whatsapp” mesengeri bəzi qaydalarına dəyişikliklər edir. Mesengerin yeni qaydalarını qəbul etməyən istifadəçilər bəzi qadağalarla üzləşəcəklər.

Belə ki, zamanla istifadəçilər mesajlaşma çatlarını görə bilməyəcəklər. Lakin səsli və video zəng xidmətlərindən istifadə edə biləcəklər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin