"Şuşaya daxil olanda teleqülləyə Azərbaycan bayrağını asmaq mənə tapşırılmışdı. Çox həyəcan keçirirdim. Qülləyə çıxanda, aşağıya baxanda hətta özümü itirib qorxmuşdum. Ancaq bu, bir anlıq oldu. Özümü ələ alıb dırmaşdım və möhtəşəm Azərbaycan bayrağını teleqülləyə asdım".
Bu sözləri Bizim.Media-ya Vətən müharibəsi iştirakçısı, Qusarın Cağarqışlaq kənd sakini, 29 yaşlı Ceyhun Yəhyayev deyib.
Keçmiş döyüşçü Zəfər Günü ilə yanaşı qeyd etdiyimiz Dövlət Bayrağı Günündə Vətən müharibəsindəki bu tarixi epizodu xatırladaraq özünü qürurlu və qalib Azərbaycanın qalib vətəndaşlarından biri hesab edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 09.11.2024
Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: “Çox həyəcan keçirirdim” – VİDEO
Hazırda oxunan: Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: “Çox həyəcan keçirirdim” – VİDEO
Hazırda oxunan: Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: “Çox həyəcan keçirirdim” – VİDEO
219897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.